Sədr

Sədr
İsmayılova Mətanət Ənvər qızı
1968: anadan olmuşdur.
Təhsil
1975–1983: Sumqayıt şəhər 22 saylı tam orta məktəbdə təhsil almışdır.
1978–1983: Sumqayıt şəhər 2 nömrəli musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır.
1983–1987: Sultan Hacıbəyov adına Orta İxtisas Musiqi Məktəbində fortepiano şöbəsini bitirmiş, Fortepiano müəllimi və konsertmeyster ixtisası üzrə diplom almışdır.
1991–1996: Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasını fortepiano müəllimi ixtisası üzrə bitirmişdir.
Karyera
1987–1988: Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 1 nömrəli İncəsənət Məktəbində fortepiano müəllimi kimi fəaliyyət göstərmişdir.
1988–1993: Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi və konsertmeyster kimi çalışmışdır.
1993-cü ildən: Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində fortepiano müəllimi kimi fəaliyyət göstərir.
2006: Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətə başlamışdır.
2009–2015: Sumqayıt Musiqi Kolleci Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur.
2015-ci ildən: Sumqayıt Musiqi Kolleci Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışır.
İctimai fəaliyyət və təltiflər
2001-ci ildən: Yeni Azərbaycan Partiyasının üzvüdür.
2010: Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 90 illiyi münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur.
2023: Uzunmüddətli səmərəli pedaqoji fəaliyyətinə görə Fəxri Fərman ilə təltif edilmişdir.
2025: Sumqayıt şəhərinin ictimai həyatında fəal iştirakına görə Fəxri Fərman almışdır.


