“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində– Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş seminar keçirilib.

News Image

Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində– Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş seminar keçirilib.



SMK HİK-in təşkilatçılığı ilə 7 oktyabrda Ümumdünya Layiqli Əmək Günü münasibətilə AMK-nın nəzdində Sumqayıt Musiqi Kollecində maarifləndirici seminar keçirilib. Seminarı Kollecin Tərbiyə işləri üzrə direktor müavini Aysel Şəfixanova açaraq tədbir iştirakçılarını salamlayaraq 7 Oktyabr Ümumdünya Layiqli Əmək Günü münasibətilə hər bir həmkara fəaliyyətlərində uğurlar arzulayıb. Qlobal miqyasda qeyd olunan Ümumdünya Layiqli Əmək Günü bizə bir daha xatırladır ki, iqtisadi inkişafın və tərəqqinin mərkəzində, inkişaf faktorlarının, insanın şərəfli, ləyaqətli yaşayışı və ədalətli əməyi dayanır. Daha sonra söz psixologiya və pedaqogika müəllimi Güllü Nəsirovaya verildi. Güllü müəllimə çıxışında bir neçə məsələyə toxunaraq bildirdi ki, Layiqli əmək dedikdə ilk növbədə insanın təhlükəsiz və sağlam əmək şəraitində çalışması, əməyinə görə ədalətli və vaxtında haqq alması, ayrı-seçkiliyə məruz qalmaması, əmək hüquqlarının qorunması və öz hüquqlarını müdafiə etmək imkanına malik olması nəzərdə tutulur. Bu baxımdan 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü xüsusi əhəmiyyət daşıyır. Bugünkü müzakirəmizin əsas istiqamətlərindən biri məcburi əmək və onun müxtəlif formalarıdır. Məcburi əmək dedikdə şəxsin öz iradəsi və sərbəst seçimi olmadan, təhdid, təzyiq və ya digər məcburetmə vasitələri ilə işlədilməsi başa düşülür. Digər mühüm məsələ yetkinlik yaşına çatmayan şəxslərin gecə əməyinə cəlb edilməməsidir. Uşaqlar və yeniyetmələr fiziki və psixoloji inkişaf mərhələsində olduqları üçün onların əmək fəaliyyətinə cəlb olunması xüsusi qaydalarla tənzimlənir.Növbəti vacib məsələ əmək fəaliyyəti üçün minimum yaş həddi və uşaq əməyinin yolverilməzliyidir. Uşaq əməyinin qarşısının alınması müasir cəmiyyətin əsas sosial vəzifələrindən biridir. Uşaqların əməyindən onların yaşına və inkişaf səviyyəsinə uyğun olmayan formada istifadə edilməsi onların gələcək həyatına mənfi təsir göstərə bilər. Uşaq əməyinə qarşı mübarizə apararkən yalnız uşağın işlədilib-işlədilməməsinə baxmaq kifayət deyil. İşin xarakteri, iş saatları, əmək şəraiti, uşağın təhsilinə təsiri və sağlamlığı üçün yarada biləcəyi risklər də nəzərə alınmalıdır. Layiqli əmək sadəcə iş yeri ilə təmin olunmaq deyil. Bu — ədalətli əmək haqqı, təhlükəsiz iş şəraiti, sosial müdafiə və hər bir işçinin ləyaqətinə göstərilən hörmətdir. ​İş yerlərində əmək hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması, qeyri-rəsmi məşğulluğun qarşısının alınması və sağlam iş mühitinin formalaşdırılması dayanıqlı gələcəyin əsas şərtləridir. Layiqli əmək yalnız iş yerinin və əmək haqqının olması demək deyil. Layiqli əmək həm də insanın hüquqlarının qorunması, təhlükəsiz şəraitdə çalışması, əməyinin ədalətli qiymətləndirilməsi və heç bir məcburiyyətə məruz qalmamasıdır. Eyni zamanda uşaqların müdafiəsi hamının ümumi məsuliyyətidir. Onların təhsil almaq, sağlam böyütmək, təhlükəsiz şəraitdə yaşamaq və gələcəyə hazırlanmaq hüquqları qorunmalıdır.

Gəlin əmək hüquqlarının müdafiəsi, məcburi əməyin qarşısının alınması, uşaq əməyinə yol verilməməsi və layiqli əmək prinsiplərinin cəmiyyətdə daha geniş şəkildə təbliği istiqamətində birgə fəaliyyətimizi davam etdirək.

 Seminarda əməkdaşlar üçün layiqli əmək şəraitinin yaraldılması istiqamətində görülən işlər barədə diskusiya aparılıb və sonda iştirakçıların sualları cavblandırılıb.


Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

SAĞLAM PSİXOSOSİAL İŞ MÜHİTİNİN YARADILMASINI TƏMİN EDƏK !

News Image

SAĞLAM PSİXOSOSİAL İŞ MÜHİTİNİN YARADILMASINI TƏMİN EDƏK !


SMK HİK-in təşkilatçılığı ilə Aprelin 28-də Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə AMK-nın nəzdində Sumqayıt Musiqi Kollecində “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir kollecin Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə baş tutub. Tədbiri kollecin HİK sədri Mətanət İsmayılova açaraq tədbirin əhəmiyyətindən bəhs edib. O, mövzunun aktuallığını vurğulayaraq bildirib ki, kollecdə iş mühiti yalnız təhsil məkanı deyil, eyni zamanda sağlam sosial münasibətlərin formalaşdığı bir platformadır. Ümumdünya Əməyin Mühafizəsi Günü hər il 28 apreldə qeyd olunur. Dünyada qeyd olunan bu gün, iş yerlərində təhlükəsizlik və sağlamlıq məsələlərinə diqqət çəkir. Əsas Məqsəd iş yerlərində qəzaların, peşə xəstəliklərinin və ölümlərin qarşısını almaqdır. Bu il diqqət mərkəzində psixososial sağlamlıq emosional və psixoloji rifahın iş yerindəki əhəmiyyəti durur. Psixososial iş mühiti, iş yerində işçilərin emosional, sosial və psixoloji vəziyyətini əhatə edən amillər toplusudur. Bu mühit birbaşa olaraq işçilərin stress səviyyəsi, əməkdaşlıq keyfiyyəti və motivasiyası ilə bağlıdır. Təhsil müəssisələrində sağlam psixososial mühitin yaradılması gələcək nəsillərin formalaşması və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Psixososial Risk Faktorları

İş yerində psixoloji rifahı pozan əsas amilləri tanımaq, onları aradan qaldırmağın ilk addımıdır. Həddindən artıq iş yükü uzun iş saatları və real olmayan hədəflər xroniki stressə səbəb olur. İş təhlükəsizliyinin zəifliyi qeyri-müəyyənlik və işini itirmə qorxusu daimi narahatlıq yaradır. Zəif ünsiyyət və dəstək rəhbərlikdən geri dönüş olmaması işçini təcrid olunmuş hiss etdirir.

İşçilərin Məsuliyyəti

•       Öz psixoloji rifahına aktiv şəkildə diqqət yetirmək

•       Stressi vaxtında tanımaq və idarə etmək bacarıqlarını inkişaf etdirmək

•       Lazım gəldikdə dəstək istəməkdən çəkinməmək

•       Həmkarlarına qarşı hörmət və empatiya göstərmək

Rəhbərlərin Məsuliyyəti

•       Dəstəkləyici və təhlükəsiz iş mühiti yaratmaq

•       İşçilərin fərdi ehtiyaclarını dinləmək və cavab vermək

•       Müsbət mədəniyyəti model olmaq nümunə göstərmək

•       Psixososial riskləri müəyyən etmək və aradan qaldırmaq

Daha sonra İnzibati işlər üzrə direktor müavini Əlizadə Mahir çıxış edərək bildirdi ki, işçilərin normal iş şəraitinin təmin olunması üçün müvafiq tədbirlər görülür. Sinif otaqlarının işıqlandırılması, havalandırılması, sanitar qovşaqlarına nəzarət, əməkdaşların tibbi müayinədən keçirilməsinə daim nəzarət edilir.

 Sədr çıxışının sonunda bildirdi ki, kollecdə rəhbərlik tərəfindən sağlam və şəffaf iş mühiti təmin olunub. Tədbir interaktiv mühitdə davam edib, mövzu ətrafında müzakirələr aparılıb. Gəlin 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Gününü yalnız qeyd etməyək, hər gün sağlam iş mühiti üçün çalışaq!